Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  Giriş  

 

 İnternet nədir?

Aaa gitmek 
MüəllifIsmarıc
orxan_virus
Boz Qurd
Boz Qurd
orxan_virus


İsmarıc sayı : 170
Age : 40
Registration date : 27/09/06

İnternet nədir? Empty
Yeni mövzuMövzu: İnternet nədir?   İnternet nədir? EmptyC. Okt. 13, 2006 11:36 am

İnternet nədir?

Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə (ingiliscə “network”) birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş iki şəbəkə isə artıq “interşəbəkə” (ingiliscə “internet”) əmələ gətirir. Beləliklə, “İnternet” sözü ən ümumi mə’nada “qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin mcəmusu” deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir.

Hələ 60-cı illər “RAND Corporation” və bir neçə təhsil müəssisəsi - o cümlədən, Massaçusets Texnoloji İnstitutu (Massachusetts Institute of Technology, MIT) və Los-Ancelesdə Kaliforniya Universiteti (University of California at Los Angeles, UCLA) yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol hətta aralıq birləşmələrdən biri sıradan çıxdıqda iki qurğu arasında yüksəksür’ətli rabitəni tə’min etməli idi. Yeni texnologiya ABŞ Müdafiə Nazirliyini (U.S. Department of Defence, DOD) maraqlandırdı, belə ki, krizis şəraitində rabitə xətlərinin davamlı işini tə’min edə bilərdi.

1969-cu ildə ABŞ MN Perspektiv Araşdırmalar Agentliyi (DOD Advanced Research Projects Agency, ARPA) yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. İlk əvvəl agentliyin şəbəkəsi (ARPA Network, ARPANET) ABŞ ərazisində yerləşən yalnız dord superkompüteri birləşdirirdiyi halda 70-ci illərin ortasına kimi o, qarşılıqlı əlaqədə olan şəbəkələrin “ümumdünya birliyi” səviyyəsinə qədər genişləndi. Sonradan İnternet şəbəkəsi adını almış bu nəhəng müxtəlifcinsli toplum hər şeydən əvvəl təhsil və elmi-tədqiqat müəssisələrinin oz lokal şəbəkələrini ARPANET-ə qoşması nəticəsində əmələ gəlmişdi.

70-ci illərin sonu İnternet şəbəkəsində standart rabitə protokolu kimi TCP/IP (Transmission Control Protocol/Internet Protocol - ingiliscə “Ötürmənin idarəolunması protokolu/İnternet protokolu”) qəbul olundu. İnternet platforması kimi əsasən ancaq UNIX əməliyyat sistemi istifadə olunurdu. Qeyd etmək lazımdır ki, İnternetlə işləmək üçün vasitə və komandaların əksəriyyəti indi də öz üzərində bu əməliyyat sisteminin izlərini daşıyır.

80-ci illərdə elmi profilli açıq şəbəkə kimi ARPANET-in əvəzinə ABŞ Milli Elmi Fondu (National Science Foundation, NSF) tərəfindən qurulmuş yüksəksür’ətli NSFNET şəbəkəsi meydana gəldi. Elə həmin vaxt ABŞ höküməti ARPANET-in hərbi məqsədlər üçün istifadəsini dayandırdı və ABŞ MN öz qapalı şəbəkəsi MILNET-i qurmağa mcəbur oldu. NSFNET isə tezliklə öz lokal şəbəkələrini ümumi şəbəkəyə qoşan özəl şirkətlər və ictimai təşkilatlar arasında populyarlıq qazandı, biznes sahəsində İnternet xidmətləri verən ilk şirkətlər meydana gəldi.

1995-ci ildə NSF İnternetin maliyələşdirilməsini kəskin şəkildə azaltdı. O vaxtdan İnternetin işini əsasən özəl şirkətlər tə’min edir. İnternetin ümumi qəbul olunmuş mə’nada “sahib”i yoxdur, buna baxmayaraq onun işlək vəziyyətdə saxlanması ilə məşğul olan təşkilatlar mövcuddur. İnternet Fəaliyyət Şurası (Internet Activities Board, IAB) ümumilikdə İnternetin arxitektura və strukturuna nəzarət edir və iki qrup - Araşdırma (Internet Research Task Force, IRTF) və Mühəndis (Internet Engineering Task Force, IETF) qrupundan ibarətdir. Bunların hər biri İnternetin uyğun sahədə perspektiv inkişafını müəyyənləşdirir, həmçinin yeni standartların təşkil olunması işini koordinasiya edir.

İnternetin əsası bir-biri ilə birləşdirilmiş regional şəbəkələrdir. Hər bir belə şəbəkə İnternetə giriş nöqtəsi (Network Access Point, NAP) adlanır. Bir qayda olaraq bu şəbəkələri müxtəlif İnternet xidmətləri təklif edən ticari şirkətlər idarə edir. Regional NAP ən azı digər iki NAP-la yüksəksür’ətli kanallarla əlaqəli olur. Sıravi istifadəçi İnternetə qoşulmaq üçün adətən İnternet xidmətləri tə’minatçısı (Internet Service Provider, ISP) ilə müqavilə bağlamalıdır. ISP regional NAP-la əsasən telefon xətləri ilə yüksəksür’ətli rabitə kanallarına malik yerli şirkət və yaxud qlobal xidmət ola bilər.

İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə “klient-server” modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları - informasiya və xidmətlərini “server” adlanan host-kompüter (host - ingiliscə “sahib, yiyə, ağa”) təqdim edir. İstfadəçi (“klient”) isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini tə’min edən klient-proqramlar vasitəsilə müraciət edə bilir.

Burada hər bir kompüter - həm server, həm də klientlər onu şəbəkənin digər kompüterlərindən fərqləndirən unikal IP-ünvana malikdir. IP-ünvan bir-birindən noqtələrlə ayrılmış dörd rəqəm qrupu şəklində (məsələn: 208.218.46.205) təsvir olunur. Lakin bu format istifadəçilər üçün əlverişli olmadığından daha anlaşıqlı domen adları sistemi (Domain Name System, DNS) işlənib tətbiq olundu. Məsələn, elə yuxarıda göstərilmiş IP-ünvana uyğun DNS-ünvan “x-wing.cc.boun.edu.tr”-dır (tr - turkiye, Türkiyə İnterneti domeni, edu - education, təhsil müəssisələri, boun - Boğaziçi Universiteti, cc - computer center, kompüter mərkəzi, x-wing - populyar “Ulduz müharibələri” - “Star Wars” trilogiyasında üsyançılaın döyüş uçuş maşını, burada host-kompüterin adıdır). Domen adlarının verilməsinə Şəbəkə İnformasiya Mərkəzi (Network Information Center, NIC) nəzarət edir.

İnternetdə təqdim olunan hər bir resursa müraciət etmək üçün onun unikal identifikatoru - universal resurs göstəricisi (Uniform Resource Locator, URL) adlanan İnternet-ünvanı (məsələn: http://x-wing.cc.boun.edu.tr/index.html) var. URL-nin birinci hissəsi (burada - http) serverin resursa müraciət üçün hansı üsuldan istifadə etməsini, ikinci hissəsi (burada - x-wing.cc.boun.edu.tr) isə host-kompüterin ünvanını göstərir. Serverin ünvanından sonra URL-nin əlavə komponentləri gələ bilər, adətən bu, serverdəki konkret resursun adı (burada - index.html faylı) olur.

Çox vaxt “Internet” termininə sinonim kimi “WWW” (World Wide Web - ingiliscə “Ümumdünya toru”) termini işlədilir. Həqiqətdə isə bu sözlər heç də sinonim deyil...
Əvvələ qayıt Aaa gitmek
https://bizim.canadaboard.net
 
İnternet nədir?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: HARDWARE & SOFTWARE :: Şəbəkə - Network-
Keç: