Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  Giriş  

 

 Fdisk Nədir ? Necə istifadə edilir?

Aaa gitmek 
MüəllifIsmarıc
orxan_virus
Boz Qurd
Boz Qurd
orxan_virus


İsmarıc sayı : 170
Age : 40
Registration date : 27/09/06

Fdisk Nədir ? Necə istifadə edilir? Empty
Yeni mövzuMövzu: Fdisk Nədir ? Necə istifadə edilir?   Fdisk Nədir ? Necə istifadə edilir? EmptyÇ.a. Dek. 05, 2006 12:48 am

Fdisk Nədir ? Necə istifadə edilir?



Yeni bir HardDisk aldınız və partition olmadan formatlaya bilməyəcəyiniz üçün istifadə edə bilmirsiniz? Köhnə partitionini dəyişdirmək istəyirsiniz? Tək partitionuzu bölərək bir neçə yerə ayırmaq istəyirsiniz? Yada bölünmüş partitionları birləşdirərək tək bir partition kimi istifadə etmək istəyirsiniz?
Bu dərsimizdə sadaladığım sualların cavablarını tapa biəcəksiniz.
- İlk də edəcəyiniz yeni bir AÇIŞ disketi hazırlamaqdır. Bu AÇIŞ disketində mütləq olaraq FDİSK.EXE, FORMAT.COM, SYS.COM proqramlarını kopyalamalıyıq. Əgər HARDDİSK-inizdə saxlamaq istədiyiniz materiallar varsa onları bölmədən əvvəl mütləq onları hər hansı bir informasiya daşıyıcısında saxlamalısınız.Çünki bölünmə ediləcək HDD-də ki, bütün informasiyalar silinəcəkdir. HDD-dəki informasiyaları saxlayaraq bölməyi bacaran bəzi proqramlar varki, bunlara PowerQuest Drive Image, Partitation Magic v.s göstərmək olar. Ancaq HDD yeni aldınızsa və ya hdd də əməliyyat sistemi qurulu olmadıqda təbii ki, bu hazır proqramlardan istifadə etməyiniz mümkün olmayacaqdır. Hazır proqram vastəsilə yox, əməliyyat sistemi ilə birlikdə gələn FDisk ilə bölmə əməliyyatını öyrənəcəksiniz.

Partition Silinməsi

1 - Açılış disketimiz ilə sistemimizi (açılış disketi dedikdə yəni Dos rejimi ilə sistemin istifadəsini yerinə yetirən disket nəzərdə tutulur.Hər hansı işləyən əməliyyat sistemindən istifadə edərək boş disketimizi açılış disketinə çevirə bilərik. Açılış disketinin içində isə mütləq FDISK.EXE, FORMAT.COM, SYS.COM proqramları olmalıdır. ) açıb FDİSK yazıb ENTER verərsək FDİSK açılmış olur. İlk ekranı enter ilə keçin.
2 - Əgər kompüterdə 2 ədəd HARDDİSK var isə soldakı kimi 5 seçimli, tək harddisk varsa 4 seçimli (5 seçimli olmacaq). Ana ekran qarşımıza çıxacaq . Beşinci seçin istifadə ediləcək HARDDİSKİ seçmək üçündür. Tək HARDDİSK varsa 5 seçimin olmadığını təsəvür edin. 3 yazıb enter basın.
3 -Gələn ekrandada 3 yazıb enter basın.
Əgər DİS olmayan (NTFS kimi) bir partition varsa 4 yazın enter basın.

4 - Gələn ekranda 2.3.vb. bölümləri görəcəksiniz. Üçə bölünmüş bir harddisktə E: F: yerinə, (bizim HDD ikinci olaraq bağlı olduğundan bu şəkildə görünür) D: E: görünəcəkdir. Yəni diskin hərfi adı dəyişəcəkdir. Yəni normal sistemdə istifadə etdiyiniz D: diski burda E: vəya başqa ola bilər. Sırası ilə E- HDD in etiketini (E hərfi Labeli nə isə onu yazacaqsınız)- Y yazın enterləyin. Y burdyes (bəli) mənasını verir.

5 -Bu səfərdə D- HDD in etiketini (D harfli HDDin Labei nə isə onu yazacaqsınız) - Y yazın enter basın.

6 - Göründüyü kimi uzadılmış bölümləri sildik.
7 - ESC ilə geri gəlirik. .
8 - Ana ekranda bu səfər 2 yazın enter basın.
9 - Bu ekranda ikən də Y seçili ikən enterə basaraq uzatılmış ikinci partitionu tamamilə qaldırırıq. Ehtiyyatımızı birinci partitiona almışsanız və ya C-yi silməyib də sildiyimiz bölümləri tək parça edəcək isək bir öncəki səhifədə yazdığım 11 hissədən davam edirik.
10 - Birinci bölümü də qaldırıb tək bir partition yaratacaq isək vəya bölümləmənin MBlarını dəyişdirəcək isək ana ekranda 3 -cü seçim ilə yandakı ekrana gəlirik və buranı da 1 seçili ikən enter ilə keçirik.
11 - Volume Label (HardDiskimizin etiketini) yazar və Y ilə enterlərik.
12 - Bəli bütün bölümləri qardırdıq.

Artıq istədiyimiz kimi tək bir partition yarada bilər və ya yeni bölümləmələrə ayıra bilərik.



Harddisktə Partitation Yaradılması və Bölünməsi

1 - Yeni harddikimizi komputerimizə normal şəkildə yerləşdirdikdən sonra AÇIŞ disketimizin ilə A sürücümüzsən açırıq. FDİSK yazıb enter basırıq. Yandakı ekran qarşımıza gələcəkdir. HardDiskimiz 512 MB böyük yeni markalı HDDlərsən isə Y yazıb enter basırıq.


Fdisk Nədir ? Necə istifadə edilir? Image1


2 - Əgər kopmuterinizdə 2 ədəd harddisk var isə soldakı kimi 5 seçimli, tək harddisk var isə 4 seçimli (5 seçim olmayacaq) bir ekran qarşınıza çıxacaq. Beşinci seçim əməliyyatı aparacağımız harddiski seçmək üçündür.


Fdisk Nədir ? Necə istifadə edilir? Image2

3 - Yuxarıdakı pəncərədə 5-ci bölməni seçərsəniz yandakı pəncərə qarşınıza gələcək və istəsəniz 2. harddiski seçib, o harddisk üstündə əməliyyat apara bilərsiniz.
- Bizim məsləhətimiz iki harddisk yox, tək harddiski komputerə yerləşdirərək əməliyyatı aparmağınızdır. Ən sadə səfinizin nəticəsində harddiskinizin içindəki informasiyaları silə vəya hardiskinizin bir hissəsini itirə bilərsiniz ki, buda məsələn 40 GB harddisk sizin işinizin sonunda 30-32 göstərə bilər.

Fdisk Nədir ? Necə istifadə edilir? Image3

4 - 2. bölmənin ana ekranından 1 . seçimə daxil olaraq aşağıdakı ekranı açın.

Fdisk Nədir ? Necə istifadə edilir? Image21

5 - Yuxarıdakı ekrandan da1. seçimi seçdikdə yandakı ekranla qarşılaşarıq bə bizə harddiskmizin tamamını tək partition olaraq yaradıb yaratmayacağımızı sorunçar.


Fdisk Nədir ? Necə istifadə edilir? Image22


6 - Y ilə enter basaraq yandakı görüldüyü kimi harddiskimizin tamamı tək partition olaraq yaradırıq. Əgər bölmələr edəcəksəniz bu zaman N yazın enter basılmalıdır.

Fdisk Nədir ? Necə istifadə edilir? Image42


7 - ESC ilə 2 -ci ekrana geri dönürük bə buradan da 4 seçimi seçirik yandakı kimi 100%-ın tək partition olaraq yaratdığımızı kontrol edirik. ( Biz yoxlamaq üçün 420 MB hardddisk istifadəetdik, burada yazan rəqəm sizin harddiskinizin həcmini göstərəcəkdir.)


Fdisk Nədir ? Necə istifadə edilir? Image43


8 - Bölmələmə etmək üçün 6. ekranda N demiş isək doldakı harddikimizin həcminin tamamının yazılı olduğu ekran gələcək qarşımıza.

Fdisk Nədir ? Necə istifadə edilir? Image44
Əvvələ qayıt Aaa gitmek
https://bizim.canadaboard.net
orxan_virus
Boz Qurd
Boz Qurd
orxan_virus


İsmarıc sayı : 170
Age : 40
Registration date : 27/09/06

Fdisk Nədir ? Necə istifadə edilir? Empty
Yeni mövzuMövzu: Geri: Fdisk Nədir ? Necə istifadə edilir?   Fdisk Nədir ? Necə istifadə edilir? EmptyÇ.a. Dek. 05, 2006 1:02 am

9 - Burada bizə birinci partition neçə MB olsu deyərək sual verməkdədir. Meqabayt cinsindən vəya (%) faiz cinsindən müəyyənləşdirə bilərik. Biz 70 %-nin birinci olaraq seçtik.

Fdisk Nədir ? Necə istifadə edilir? Image45

10 - 420 MB lıq HDD-mizin %70 ni (285 MB) birinci partition olaraq müəyyənləşdirdik. Dİqqət edərsək D: 1 olaraq görsənməkdədir. Tək harddisk bağlı olsa idi C: 1 olaraq görsənəcək idi.

Fdisk Nədir ? Necə istifadə edilir? Image46

11 - Bəli bura qədər birinci partitionu yaratmış olduq.

ESC ilə geri qayıdıb yandakı ekranda bu səfər 2. seçimi edib enter basın.


Fdisk Nədir ? Necə istifadə edilir? Image47


12 - Diqqət edərsəniz geriyə qalan %30 -in (420 MB lıq HDD-mizin 122 MB) ikinci partition olaraq yarada biləcəyimiz ekran gəlir. Enter ilə seçərək ikinci partitionu yaradrıq.


Fdisk Nədir ? Necə istifadə edilir? Image48


13 - Başqa bölümləmə etməyəcəkisək bu ekranı da enter ilə keçirik. Amma daha da bölümlədə etmək istəsək bu zamam əvvəldən dəyərləri 3 yerə bölməli idiniz ki, 3-cü harddiskimizədə bir şey qalsın yer olaraq.


Fdisk Nədir ? Necə istifadə edilir? Image50

14 - Biz enter ilə keçdik və görsəndiyi kimi geri qalan həcmidə ikinci partition olaraq yaratdıq. Komputerimizdə tək HDD takılı olsa idi E: yeni D: görünəkcəkdi.

Fdisk Nədir ? Necə istifadə edilir? Image51

15 - ESC ilə yenə ən esttə 2.nömrəli ana ekrana qayıdırıq. İndi bu ekranda 2 yazıb enter basırıq və yandakı ekrana gəlirik. Bu ekranda bizə hansı partitionun aktif olması sual edilir.

Fdisk Nədir ? Necə istifadə edilir? Image54

16 - Məcburi 1 yazaraq enter basırıq. C:dən açılmasını seçmiş oluruq. Bizə onsuzda digərlərini seçməyə icazə verməz ( Axı nə üçün sual edilir ki... ??? ) Ana ekrandan 4 ilə informationu seçdikdə yandakı kimi C: 1 -in yanında A hərfinin (Active) olduğunu görəcəksiniz.

Fdisk Nədir ? Necə istifadə edilir? Image53

Bəli harddiskimizin partitionun yaradılması və bölünməsi dərsinin sonuna gəldik. Ən son olaraq kopmuterinizi yenidən disket ilə açacaq :
FORMAT C:/S
FORMAT D:
FORMAT E:
əmrləri ilə formatlamağımız lazım gəlir. Formatlama əməliyyatınıda sonlandırdıqdan sonra artıq əməliyyat sisteminizi yükləyə bilərsiniz.
Əvvələ qayıt Aaa gitmek
https://bizim.canadaboard.net
 
Fdisk Nədir ? Necə istifadə edilir?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» 50 den cox Gba Oyunu ,hiylələri, istifadəsi
» C++ proqramlaşdırmasında Istifadəci ensklopediyası(Rus)
» Bir nece gzəl template
» burush-lari necə yükləyirik
» Bir necə Virus, Trojan, Keylogger kalleksiyası

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: HARDWARE & SOFTWARE :: Kompüter tə'miri və Ehtiyyat hissələri-
Keç: