orxan_virus Boz Qurd
İsmarıc sayı : 170 Age : 41 Registration date : 27/09/06
| Mövzu: IP-ünvanları C. Okt. 13, 2006 11:46 am | |
| IP-ünvanları
İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur.
Məsələn, www.firststeps.az
Burada www(world wide web) firststeps domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://books.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.
Ekranda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
com - kommersiya ilə məşğul olan təşkilatlar edu - təhsillə məşğul olan təşkilatlar org - kommersiya ilə məşğul olmayan təşkilatlar gov - hökumət təşkilatları mil - ABŞ -ın hərbi təşkilatları int - beynəlxalq təşkilatlar net - şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.nokia.com ; www.openbook.org ; www.ntk.net.
Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər
az- Azərbaycan de - Almaniya fr - Fransa se - İsveç ru - Rusiya jp- Yaponiya us- ABŞ tw- Taywan tr- Türkiyə ua- Ukrayna ro- Ruminya kz- Kazaxıstan tk- Takilao ge- Gürcüstan uk- Böyük Britaniya və sair.
Məsələn: www.president.az; www.iworld.ru | |
|