İsmarıc sayı : 170 Age : 41 Registration date : 27/09/06
Mövzu: Brouzerlər. On-line və Off-line iş rejimləri C. Okt. 13, 2006 11:54 am
Brouzerlər. On-line və Off-line iş rejimləri
Brouzer - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brouzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brouzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line ).
Çoxfunksiyalı bir proqram kimi brouzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brouzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Netscape şirkətinin Netscape Communicator proqramların seçir.
Biz Internet Explorer 5 brouzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir.
İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın.
Ekranda Internet Explorer brouzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev Web - səhifəsinin ünvanı göstərilir.
Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brouzerin sazlanması zamanı təyin edilir.