orxan_virus Boz Qurd
İsmarıc sayı : 170 Age : 41 Registration date : 27/09/06
| Mövzu: Faylların ftp-serverlərdən yüklənməsi. C. Okt. 13, 2006 12:12 pm | |
|
Faylların ftp-serverlərdən yüklənməsi.
İnternet şəbəkəsinindəki qovşaqların içində FTP-serverlərə fayl arxivləri kimi baxılır. Bu tipli serverlərin iş üsulları ilə tanış olmaq üçün bir misal gətirək.
İlk növbədə FTP- serverlə əlaqə yaratmaq lazımdır.
Ünvan sahəsində tile.net/ftp-list yazın və Enter düyməsini basın.
Qarşınızda FTP-serverlərin böyük siyahısını görürsünüz. İstədiyiniz kateqoriyanı seçin - Site name. Sizə lazım olan serverlər siyahısı bu kateqoriyaya əsasən nizamlanır.
Misal üçün, L hərfi ilə başlanan FTP-serverlərin siyahısını yükləyin. Bunun üçün L hərfini seçin.
linux.nrao.edu üzərində mausun düyməsini basın. Server yuklənib qurtardıqdan sonra növbəti siyahının alınması üçün mausun düməsini iki dəfə basmaqla qovluğu seçin. Məsələn, Pub qovluğunu.
Beləliklə qovluqları aça-aça istənilən sənədləri tapmaq olar.
Daha bir misal.
Siz Macintosh kompüterləri üçün yaradılmış proqramları tapıb öz kompüterinizə yükləmək istəyirsiniz.
ftp://ftp.netscape.com ünvanını yazın və Enter düyməsini basın.
Mausun düyməsini iki dəfə basmaqla Pub qovluğunu, sonra CoolTalk və nəhayət Mac qovluğunu seçin.
İstədiyiniz Macintosh kompüteri üçün proqramlar siyahısını görürsünüz.
Bu faylları kompüterinizə köçürmək üçün qovluğun kontekst menyusundan Qovluğa köçürmək (Copy to folder) əmrini seçin. Ekranda Qovluqlara baxılma (Browse to folder) dialoq pəncərəsi açılır. Buradan faylları yazmaq üçün istənilən qovluğu seçə bilərsiniz. | |
|