İsmarıc sayı : 170 Age : 41 Registration date : 27/09/06
Mövzu: MsDos - əmrləri C. Okt. 13, 2006 12:58 pm
MsDos - əmrləri
MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən Windows-u bilmək evi özülsüz tikmək kimi bir şeyə bənzəyir. MsDos yalnız əmrlərdən ibarətdir o Windows kimi bir neçə əməliyyatı birdən yerinə yetirə bilmir. Burada yalnız əməliyyatları ardıcıl yernə yetirmək olar, yəni birdəfəyə iki və daha çox əməliyyatı yerinə yetirmək olmur. İndi isə gəlin bu əməlittatlar sistemi ilə tanış olaq.
MsDos-un işə buraxılması: Əgər siz indi Windows Əməliyyatlar sistemində işləyirsinizsə onda bu sistemi çağırmaq üçün START /RUN edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra qara fonda bir pəncərə açılacaq bu MsDos-dur.
CD əmri: Əgər siz indi Windows Əməliyyatlar sistemində işləyirsinizsə onda bu sistemi çağırmaq üçün START /RUN edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra qara fonda bir pəncərə açılacaq bu MsDos-dur.
Bir qovluq irəli və ya geriyə çəkilmək üçün istifadə olunur.
CHDIR [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün CHDIR [..] - bir qovluq yuxarı qalxmaq üçün CD [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün CD [..] - bir qovluq yuxarı qalxmaq üçün
Məs: C:\>CD derslik yazdıqdan sonra C:\derslik> olacaq. Sonra isə
C:\derslik>CD.. yazsaq C:\> olacaq
CLS əmri: Ekranı təmizləyir.
Əgər sizdə ekran bu cür şəkildədirsə onda CLS əmrindən sonra o aşağıdakı şəkildə olacaq
COLOR əmri: rəngləri təyin edir.
COLOR [rənglər]
Rənglər iki atribut olur I-si arxa fonun II-si isə mətnin rəngini təyin edir. Hər bir rəng aşağıdakı qiymətləri ala bilər.
0 = qara 8 = boz 1 = göy 9 = açıq göy 2 = yaşıl A = açıq yaşıl 3 = mavi B = açıq mavi 4 = qırmızı C = açıq qırmızı 5 = bənövşəyi D = açıq bənövşəyi 6 = yaşıl E = açıq yaşıl 7 = ağ F = parlaq ağ
əgər atribut verilmibsə onda susmaya görə olan rənglər götürülür.
Nümunə: COLOR 97 açıq göy fonda ağ mətn təyin edir.
COPY əmri: bir və ya bir neçə faylın bir yerdən digərinə köçürülməsi.
mənbə Bir və ya bir neçə köçürülən faylların adları /A Fayl ASCII tekst faylıdır /B Fayl ikili fayldır /D Şifrə olunmuş faylın yaranmasını qeyd edir nəticə Qovluq və ya son faylın adı /V Faylların köçürülməsinin doğruluğunu yoxlayır /N Faylların adlarında 8.3 standartında qısa adların tətbiqinə cəhd etmək /Y Mövcud faylın üzərinə yazılma üçün sorğunun boğulması /-Y Mövcud faylın üzərinə yazılma üçün sorğunun vacib soruşulması /Z Şəbəkə fayllarının yenilənməklə köçürülməsi
DATE əmri: Tarixin çıxarılması və dəyişdirilməyi.
DATE [/T : tarix]
/T atributu tarixi dəyişmək haqqında məlumat soruşmadan ekrana yalnız tarixi çixardır.