Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  Giriş  

 

 Delphi proqramlaşdırma dili barədə qısa məlumat

Aaa gitmek 
MüəllifIsmarıc
orxan_virus
Boz Qurd
Boz Qurd
orxan_virus


İsmarıc sayı : 170
Age : 40
Registration date : 27/09/06

Delphi proqramlaşdırma dili barədə qısa məlumat Empty
Yeni mövzuMövzu: Delphi proqramlaşdırma dili barədə qısa məlumat   Delphi proqramlaşdırma dili barədə qısa məlumat EmptyC. Okt. 13, 2006 1:21 pm



Delphi proqramlaşdırma dili barədə qısa məlumat

Artıq 1993-cü ildə Microsoft firması I vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MsDos əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin I versiyasını istehsal etdi və ardıcıl olaraq 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5, və 2000-ci ildə Delphi 5.5 hazırlandı. Hal-hazırda da Delphi ən müasir proqramlaşdırma dillərindən biridir.

Delphi 5.5-i yüklədikdə displeyin ekranında 4 pəncərə açılır. Onlar aşağıdakılardır:

1) Menu (şəkil №1). Bu pəncərəyə əsas pəncərə də deyirlər. İstifadı olunan komponentlər bu pəncərədə yerləşir.

Delphi proqramlaşdırma dili barədə qısa məlumat Image001

Şəkil №1


2) Form Designer (şəkil №2). Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını) göstərir.


Delphi proqramlaşdırma dili barədə qısa məlumat Image002

Şəkil №2

3) Object Inspector (şəkil №3). Form üzərində yerləşən hər bir elementin xarici görünüşü və baş verəcək hadisələrə cavab bu pəncərədə müəyyən oluna bilər.

Delphi proqramlaşdırma dili barədə qısa məlumat Image003


Şəkil №3

Code Editor (səkil №4). Bu pəncərədə isə proqramın mətni yazılır. Code Editor və Form Designer pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və tərsinə.


Delphi proqramlaşdırma dili barədə qısa məlumat Image004

Şəkil №4


Bütün proqramlaşdırma dilləri kimi Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları vardır. Bu imkanlardan ən əsaslılarından biri də Verilənlər Bazası ilə əlaqədardır.



Verilənlər Bazasının yaradılması:


Verilənlər Bazası fayllarda saxlanılan təşkil olumnuş informasiya yığımıdır. Verilənlər Bazası fayllarda mətn, cədvəl, və başqa şəkillərdə saxlanıla bilər. Əsasən cədvəl şəkilli Verilənlər Bazasından istifadə olunur.

Son zamanlar bir çox tətbiqi proqramlar yaranmışdır ki, bunlarınvastəsi ilə Verilənlər Bazası yaratmaq olduqca asandır. Bu proqramlardan Microsoft Access, Microsotf FoxPro, Btrieve, Paradox və s. adlarını çəkmək olar.

Lakin elə proqramlaşdırma dilləri vardır ki, onlar yuxarıda adı çəkilən proqramlardan istifadə etmədən Verilənlər Bazası yarada bilər. Belə proqramlaşdırma dillərindən biri də Delphi-dir. Delphi-də Database Desktop adlı proqram vardır ki, bu proqram vastəsi ilə cədvəl üzərində dəyişiklik etmək, yeni cədvəl yaratmaq, redaktə etmək, müəyyən olbastı silmək və s. etmək olar.

Yeni cədvəl yaratmaq üçün aşağıdakı ardıcıllıqla hərəkət etmək lazımdır.

File -> New -> Table

Bu ardıcıllıqdan sonra ekranda yeni pəncərə açılır. Bu pəncərə "Create Table" pəncərəsidir ki, burada yaradılan cədvəlintipi müəyyən olunur. Cədvəl tipi olaraq Paradox 7, Visual DBase, DBase For Windows, Paradox 4, FoxPro, ORACLE, SYBASE və s. seçmək olar və OK düyməsini sıxdıqda yeni pəncərə açılır ki, bu pəncərədə cədvəlin strukturu qurulur. Bu pəncərənin ümumi görünüşü aşağıdakı kimidir (şəkil №5).

Delphi proqramlaşdırma dili barədə qısa məlumat Image005


Şəkil №5


Burada Field Name - cədvəlin sütununun adını, Type - cədvəlin sütun elementlərinin tipini, Size - cədvəlin sütun elementlərinin sayını, Key - sütunun açar rolunu oynayıb-oynamadığını göstərir.

Bu cədvəli bizə lazım olan qaydada doldurduqdan sonra Save As... düyməsini sıxırıq və cədvəlin ünvanını güstəririk. Beləliklə cədvəl hazır olur.
Əvvələ qayıt Aaa gitmek
https://bizim.canadaboard.net
 
Delphi proqramlaşdırma dili barədə qısa məlumat
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Delphi Seminarlari - 10 hisseli Video
» PHP 5 prafisanal web proqramlaşdırma(Rus)
» Delphi 7 - VB 6 - VC++ - 3 Programlaşdırma
» C++ proqramlaşdırmasında Istifadəci ensklopediyası(Rus)
» Delphi TÜRK KodBankası 3.1

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: PRAQRAMLAŞDIRMA DİLLƏRİ :: Pascal & Delphi-
Keç: